NEWS
16:10, 04.04.2025
Bakı Dövlət Universitetinin tələbələri Genetik Ehtiyatlar İnstitutunda təcrübə dərslərinə başlayıblar

AR ETN Genetik Ehtiyatlar İnstitutunda Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin tələbələri təcrübə dərslərinə başlayıblar. “Bitkilərin mühafizəsi” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinə “Bitkilərin xəstəlik törədiciləri və zərərvericilərdən mühafizəsində rezistentlik amilinin əhəmiyyəti” mövzusunda tədris-təcrübəsi üzrə seminar keçirilmişdir. Seminar rəhbəri GEİ-nin İmmunogenetika şöbəsinin baş elmi işçisi, aqrar üzrə elmlər doktoru Cəbrayıl Ağayev tələbələrin sahə şəraitində xəstəlik və zərərvericilərin simptomoloji diaqnostikası, yayılma səviyyəsinin dəqiqləşdirilməsi və aqrotexniki tədbirlərin optimal müddətdə keyfiyyətlə tətbiqinin əhəmiyyəti haqda elmi məlumatlara əsaslanan tədbirlər barəsində ətraflı məlumat vermişdir. Həmçinin xəstə nümunələrin toplanması, herbariləşdirilməsi və nümunələrin laboratoriya şəraitində analizi üsulları ilə diaqnostikası üzrə avadanlıqlardan istifadə və tədqiqatların aparılması ilə bağlı praktik təlimlər keçirilmişdir. GEİ-nin seminar auditoriyası şəraitində bitkilərin xəstəlik və zərərvericilərə qarşı mühafizəsində davamlı sortların yaradılmasının və bitki immunitetinin əhəmiyyəti haqda tələbələrə ətraflı biliklər çatdırılmışdır.