
11:50, 19.03.2025
Xəzər universiteti ilə əməkdaşlıq davam etdirilir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutununun (GEİ) və Xəzər Universitetinin əməkdaşlığı ilə Xəzər Universitetində İsveçin Kənd Təssərüfatı Universitetinin (SLU) SORG4NOBAL layihəsi çərçivəsində keçirilən seminarda iştirak edən İsveç, Estoniya, Ukraniya, Azərbaycan və Latviyadan olan tədqiqatçılar GEİ-nin qonağı olmuşlar.
GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov qonaqları salamlayaraq, beynəlxalq standartlara uyğun şəkildə qurulmuş Milli Genbank və Mərkəzi Məlumat Bazası haqqında, institutda aparılan elmi tədqiqat işləri, mövcud beynəlxalq əlaqələr və əldə edilən nailiyyətlər, eləcə də institutda aparılan kadr hazırlığı barədə qonaqları məlumatlandırmışdır. Eyni zamanda, gələcək elmi əməkdaşlıqlar barədə müzakirələr aparılmışdır.
Sonda qonaqlar Milli Genbank və Mərkəzi Məlumat Bazasında və GEİ-nin bir sıra elmi tədqiqat laboratoriyalarına baxış keçirmiş və tədqiqatçılarla müzakirələr aparmışlar.