NEWS
16:20, 02.10.2024
AR ETN GEI-nin elmi bazaları "Aqrobiznes Festivalı 2024" adlı sərgi-satış yarmarkasında iştirak etmişlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar Institutunun (GEİ) Şəki Elmi-Təcrübə Bazası (Şəki ETB) və Qarabağ Elmi-Tədqiqat Bazasının (Qarabağ ETB) əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qax rayonunda payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma və tingə əlçatanlığını təmin etmək, toxum və ting bazarını, yerli toxumçuluq və tingçiliyi inkişaf etdirmək məqsədilə keçirilən "Aqrobiznes Festivalı 2024" adlı sərgi-satış yarmarkasında iştirak etmişlər. Yarmarkanın iştirakçılarına GEİ Şəki ETB və Qarabağ ETB-nin fəaliyyəti haqqında məlumatlar verilmiş və bazada yetişdirilən müxtəlif məhsulların tingləri və toxumları nümayiş etdirilmişdir.