NEWS
10:06, 04.07.2024
Genetik Ehtiyatlar İnstitutunun daha bir gənc doktorantı fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 28.06.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun doktorantı Meyvə bitkiləri şöbəsinin elmi işçisi Kərimova Xəyalə İkram qızına 2409.01– “Genetika” ixtisası ilə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Kərimova Xəyalə “Azərbaycanda becərilən gilas bitkisinin sort və formalarının genetik müxtəlifliyinin tədqiqi” mövzusunda dissertasiya işini uğurla müdafiə edib.