ОБЪЯВЛЕНИЯ
10:19, 14.10.2023
Dissertasiya işinin müzakirəsi keçiriləcəkdir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun(GEİ) nəzdində fəaliyyət göstərən FD 1.37 Dissertasiya Şurasının Elmi Seminarında, 2023-cü il 18 oktyabr tarixində saat 14:00 da 2409.01 - “Genetika” ixtisası üzrə biologiya sahəsində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün iddiaçı, GEİ-nin Molekulyar genetika və genomika şöbəsinin İnsan genetikası laboratoriyasının elmi işçisi Kərimova Nigar İldırım qızının “Azərbaycanda xroniki mieloid leykozlu (XML) xəstələrin genetik variasiyalarının molekulyar identifikasiyası" mövzusunda dissertasiya işinin müzakirəsi böyük Akt zalında(1-ci mərtəbə) keçiriləcəkdir.