НОВОСТИ
18:23, 16.05.2023
ETN Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları beynəlxalq tədbirdə iştirak edirlər.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik ehtiyatlar institutunun (GEİ) 4 nəfərdən ibarət nümayəndə heyəti Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondunun (Trust-Fund) 2023-2030-cu illəri əhatə edəcək “İqlim dəyişmələri fonunda biomüxtəliflik üçün yeni imkanlar və inkişaf” layihəsi çərçivəsində Almaniyanın Bonn şəhərində “Tərəfdaşların ilk görüşü- Layihənin açılışı” mövzusunda, 2023-2024-cü illər ərzində görüləcək işlərin müzakirə olunduğu, 15 may tarixində keçirilən, 14 ölkədən 50-dən çox mütəxəssisin qatıldığı beynəlxalq tədbirdə iştirak edir. GEİ-nin icraçı direktoru, biologiya elmləri doktoru Mehrac Abbasov müzakirələri 19 may tarixinədək davam edəcək tədbirdə “Azərbaycanda bitki genetik ehtiyatlarının qorunması və səmərəli istifadəsi” mövzusunda təqdimatla çıxış edib. GEİ-nin Rüşeym plazması laboratoriyasının müdiri, b.ü.f.d., dosent Sevinc Ə. Məmmədova, Məlumat bazası qrupunun böyük elmi işçisi, b.ü.f.d. İlhamə Mirzəliyeva və Molekulyar genetika və genomika şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d. Sevda Babayevanın da daxil olduğu nümayəndə heyyəti, həm də 2023-cü il 22-24 may tarixlərində Almaniyanın Leibniz Bitki Genetikası və Bitki Tədqiqatı İnstitutunda elmi ezamiyyələrini davam etdirəcək.