НОВОСТИ
16:05, 08.05.2023
ETN Genetik Ehtiyatlar İnstitutunda Heydər Əliyevin 100 illiyi ilə bağlı yubiley tədbiri keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 2023-cü il 08 may tarixində ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı yubiley tədbiri keçirilib. Azərbaycanın Dövlət Himnindən sonra GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə respublikada elm və təhsilin, o cümlədən iqtisadiyyatın bütün sahələrinin inkişaf etdirilməsi, habelə dövlətçiliyin bərpası, qurulması və gücləndirilməsi istiqamətində gördüyü çoxsayda işləri haqqında geniş məlumat verib. XX əsr nəslinin nümayəndəsi olan GEİ-nin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev çıxış edərək orta və ali məktəbi bitirdiyi və dissertanturanı başa vurduğu illərin, məhz Heydər Əliyevin ölkəyə rəhbərliyi dövrünə düşdüyünü, həyatda əldə etdiyi uğurlarında, mənəvi dəyərlilik baxımından, həm də Ulu Öndərin həyat yolunun çox böyük təsiri olduğunu bildirib. Gənc nəslin maarifləndirilməsi baxımından Heydər Əliyev mənəvi irsinin daima öyrənilməsi və təbliğ olunmasınının vacib olduğu da bildirilib. Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin ömür yolunu əks etdirən video-rolik nümayiş etdirilib. Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin və ölkəmizin beynəlxalq aləmdə davamlı olaraq qazandığı nüfuzu və uğurları baxımından ruhu həmişə şad olsun! 1 və 2-ci dünya və Qarabağ müharibələrində Vətənimiz uğrunda canlarını fəda vermiş bütün şəhidlərimizə Allah rəhmət eləsin!