НОВОСТИ
12:55, 07.07.2020
Allah rəhmət eləsin!

ALLAH RƏHMƏT ELƏSİN!

AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və bütün kollektivimiz Genetik Ehtiyatlar İnstitutunun Mülkü Müdafiə Qərərgah rəisi, səmimi və xeyirxah insan,

ELDAR ƏSƏDOVUN

vəfatından kədərləndiklərini bildirir və ailə üzvlərinə dərin hüznlə başsağlığı verirlər.

 

Eldar Əsədov 1954-cü ildə Bərdə şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Politexnik İnstitunu bitirmişdir. 1971-ci ildən əmək fəaliyyətinə başlamışdır. 2015-ci ildən isə AMEA Genetik Ehtiyatlar İnstitutunun Mülkü Müdafiə Qərərgah rəisi vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə öz səmimiliyi və işinə olan ciddi münasibəti, əməkdaşlar arasında ona xüsusi hörmət qazanmışdır.

Eldar müəllimin əziz xatirəsini hörmətlə yad edirik!