НОВОСТИ
10:28, 19.03.2026
Abşeron TTB-də üzüm kolleksiyasının əsası qoyuldu
18 mart 2026-cı il tarixində Abşeron Təcrübə Təsərrüfatı Bazasında (TTB) yeni üzüm kolleksiyasının salınması istiqamətində işləri uğurla həyata keçirilib.
Əkin sxemi 2 m x 1.3 m olmaqla, ümumilikdə 10 üzüm sortunun hər birindən 5 təkrarda d kökləndirilmiş tingləri əkilmişdir.
Qeyd edək ki, əkilən üzüm kolleksiya nümunələri Xələcdən və Salyandan toplanmışdır.
Mütəxəssislərin fikrincə, bu kolleksiya gələcəkdə üzüm sortlarının öyrənilməsi, uyğunlaşma qabiliyyətinin qiymətləndirilməsi və məhsuldarlığın artırılması istiqamətində mühüm elmi baza rolunu oynayacaqdır.