ОБЪЯВЛЕНИЯ
09:50, 02.02.2026
ELAN
2 fevral 2026-ci il tarixindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri jurnalının XV cildində dərc olunmaq üçün elmi məqalələrin qəbulu elan edilir.
Məqalələr jurnalın mövzu istiqamətlərinə uyğun olmalı, orijinal elmi tədqiqat nəticələrini əks etdirməli və əvvəllər nəşr olunmamış olmalıdır.
Məqalələr Azərbaycan, ingilis və rus dillərində qəbul olunur və jurnalın tərtibat qaydalarına uyğun hazırlanmalıdır.
Məqalələrin qəbulu qaydaları və digər tələblərlə bağlı ətraflı məlumatı jurnalın rəsmi internet səhifəsindən ( www.genresjournal.az) əldə etmək mümkündür.
Məqalələr müəlliflər tərəfindən genresjournal@gmail.com elektron poçtuna, www.genresjournal.az saytında "Electronic submission for GRI" başlığı altında gondərilməlidir.
Məqalələrin qəbulu 2 mart 2026-ci il tarixinədək davam edəcək.