НОВОСТИ
15:00, 26.01.2026
Genetik Ehtiyatlar İnstitutunda məlumatlandırıcı tədbir keçirilib
26 yanvar 2026-cı il tarixində AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı məlumatlandırıcı tədbir keçirilib.
Tədbirdə institutun elmi işçiləri iştirak edərək BMT-nin Partner-led event “İqlim dəyişikliyi və Şəhərlər üzrə Xüsusi Hesabat: Şəhərlərin gələcəyinə təkrar baxış” mövzusunda ətraflı məlumat alıblar. Tədbirdə həmçinin Həmkarlar Təşkilatının sədri Rzaqulu Hacıyev çıxış edib.
Tədbir çərçivəsində mövzu ilə bağlı videoçarx da nümayiş etdirilib, bu isə iştirakçılara forumun məqsədləri və şəhərlərin gələcəyinə dair konseptləri daha vizual şəkildə anlamağa imkan yaradıb.
Tədbir, forumun məqsədləri və ölkəmizin bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi ilə bağlı əhəmiyyətini işıqlandırmaq baxımından faydalı olub.