НОВОСТИ
16:54, 25.06.2025
Genetik Ehtiyatlar İnstitutunda Elmi şuranın 2025-ci il üçün növbəti iclası keçirilmişdir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 25 iyun 2025-ci il tarixində Elmi Şuranın növbəti iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov gündəlikdə olan məsələlər haqqında Şura üzvlərinə və iştirakçılara məlumat vermişdir. Gündəliyə uyğun ilk olaraq iddiaçı Həsənova Aypara Bəxşeyiş qızının “Genetika” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin Elmi Seminar Şurasında müzakirə olunmasına dair protokolu Elmi Şurada təsdiq olunmuşdur.
İnstitutun elmlər və fəlsəfə doktoru proqramları üzrə doktorant və dissertantların tədqiqat metodikaları da müzakirə edilmiş, işin daha səmərəli aparılması ilə bağlı tövsiyələr verilmiş və təsdiq olunmuşdur.
Bununla yanaşı şöbələrin yarımillik fəaliyyətinə dair hesabatlar dinlənilmiş, görülmüş işlər və qarşıda duran vəzifələr ətraflı müzakirə olunmuş, iradlar bildirilmiş və müvafiq göstərişlər verilmişdir.
İclasın sonunda gündəlikdə duran digər məsələlər də müzakirə edilmiş, hər biri üzrə müvafiq qərarlar qəbul edilmişdir.