НОВОСТИ
14:26, 05.06.2025
Genetik Ehtiyatlar İnstitutunda Dissertasiya Şurasının seminarı keçirilmişdir
AR ETN Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 5 iyun 2025-ci il tarixində Həsənova Aypara Baxşeyiş qızının 2409.01 – Genetika ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin FD 1.37 Dissertasiya Şurasının elmi seminarında müzakirəsi keçirilmişdir.
İddiaçı biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “Xroniki mieloleykoz zamanı target terapiyanın monitorinqində və proqnozunda sitogenetik və molekulyar-genetik müayinələrin rolu” mövzusu ilə çıxış etmişdir. Seminar üzvlərinin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır.
Gizli səsvermənin nəticələrinə əsasən, Aypara Həsənovaya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir.