
14:22, 05.06.2025
AR ETN Genetik Ehtiyatlar İnstitutunun Tovuz Elmi Tədqiqat Bazasının üzüm və meyvə bağlarında alaq otlarına qarşı mütəmadi təmizləmə işləri aparılır.
Alaq otları torpağın qida maddələrini mənimsəyərək əsas bitkilərin inkişafına mane olur. Onların vaxtında təmizlənməsi məhsuldarlığın artırılması, su və gübrə ehtiyatlarının səmərəli istifadəsi baxımından mühüm əhəmiyyət daşıyır.