
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 may tarixli 275s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2025-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul planına əsasən Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu aşağıda göstərilmiş ixtisaslar üzrə doktoranturaya qəbul elan edir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:
2409.01 – “Genetika” – 6 yer (3 əyani və 3 qiyabi); 3103.04 – “Seleksiya və toxumçuluq” – 1 yer (qiyabi);
Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada (portal.edu.az vasitəsilə 13.05.2025-ci il tarixindən 3 həftə müddətinə) həyata keçiriləcəkdir.
Əlavə məlumat üçün İnstitutun Təhsil şöbəsinə müraciət edə bilərsiniz.
Əlaqə nömrəsi: Tel.: (+99412) 449-92-21;
Email: vusalam_genetic@mail.ru