НОВОСТИ
10:23, 12.05.2025
Üzüm bağlarında profilaktik tədbirlər davam etdirilir
AR ETN Genetik Ehtiyatlar İnstitunun Tovuz Elmi Tədqiqat Bazasında 8 may 2025-ci il tarixində üzüm bağları və ting sahələrində xəstəliklərə və zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilmişdir. Xüsusi texniki vasitələrdən istifadə etməklə profilaktik dərmanlama işlərini aparılmışdır.
Mütəmadi olaraq davam etdirilən bu tədbirlər üzüm tinglərinin sağlam inkişafı və yüksək məhsuldarlığın təmin olunması məqsədi daşıyır.