НОВОСТИ
15:30, 07.05.2025
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Genetik Ehtiyatlar İnstitutunda istehsalat təcrübəsində iştirak etmişlər
AR ETN Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya fakültəsi arasında imzalanmış əməkdaşlıq memorandumunun fəaliyyət planına əsasən fakültənin 4-cü kurs tələbələri 6 may 2025-ci il tarixində AR ETN Genetik Ehtiyatlar İnstitutunda istehsalat təcrübəsində iştirak etmişlər. Tələbələr GEİ-nin İnsan genetikası və Rüşeym plazması laboratoriyaları və Biokimyəvi genetika və texnologiya şöbəsində elmi tədqiqatların aparılması və nəticələrin istehsalatda tətbiq olunması haqqında məlumatlar əldə etmiş, müvafiq cihaz və avadanlıqlarla tanış olmuşlar. Bundan əlavə tələbələrə Milli Genbankda bitki genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə informasiya da verilmişdir.
Qeyd edək ki, institutda keçirilən təcrübə dərsləri cari ilin may ayının sonuna qədər davam edəcəkdir.