НОВОСТИ
13:43, 06.05.2025
Şəki Elmi Tədqiqat Bazasının tinglik sahələrində aqrotexniki işlər davam etdirilir
AR ETN Genetik Ehtiyatlar İnstitutunun Şəki Elmi Tədqiqat Bazasının tinglik sahələrində 5 may 2025-ci il tarixində əsasən calaqaltı və tinglərin inkişafı üçün vacib olan bir sıra aqrotexniki tədbirlər həyata keçirilmişdir. Belə ki, sahələrdə alaq otlarının təmizlənməsi, torpağın yumşaldılması (kultivasiya) və boy gübrəsinin verilməsi işləri görülməkdədir.
Bununla yanaşı, yağıntılı hava şəraitinin müşahidə olunması səbəbilə göbələk və mənənələrə qarşı dərmanlama tədbirləri də aparılır. Bütün proseslər aqrotexniki qaydalara uyğun olaraq aparılır və mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır.
Bu tədbirlər tinglərin sağlam inkişafı və keyfiyyətli əkin materialının yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.