
15:15, 14.03.2025
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Genetik Ehtiyatlar İnstitutunda təcrübə dərslərinə başlayıblar.
AR ETN Genetik Ehtiyatlar İnstitutu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya fakültəsi arasında imzalanmış əməkdaşlıq memorandumunun fəaliyyət planına əsasən fakültənin 4-cü kurs tələbələri 11 mart 2025-ci il tarixində AR ETN Genetik Ehtiyatlar İnstitutunda praktikada iştirak ediblər. Tələbələr GEİ-nin Biokimyəvi Genetika və Texnologiya, Molekulyar Genetika və Genomika şöbələrində elmi tədqiqatların aparılması və nəticələrin istehsalatda tətbiq olunması haqqında məlumatlar əldə edib, müvafiq cihaz və avadanlıqlarla tanış olublar. Bundan əlavə tələbələrə Milli Genbankda bitki genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə informasiya verilib.
Qeyd edək ki, institutda keçirilən təcrübə dərsləri cari ilin may ayının sonuna qədər davam edəcəkdir.