НОВОСТИ
12:16, 10.02.2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Elmi Şuranın fəaliyyət planı ilə bağlı 2025-ci il üçün ilk iclası keçirilmişdir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Elmi Şuranın fəaliyyət planı ilə bağlı 2025-ci il üçün ilk iclası keçirilmişdir. İclası giriş sözləri ilə açan GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov gündəlikdə olan məsələlər haqqında Şura üzvlərinə və iştirakçılara məlumat vermişdir.

Elmi Şuranın iclasında yeni doktorant və dissertantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiq olunması, Kərimova Aynur Məhəmməd qızının “Payızlıq buğda genotiplərinin sarı pas xəstəliyinə davamlılığının qiymətləndirilməsi və davamlılıqla əlaqəli markerlərin seçilməsi” adlı mövzusunda dissertasiya işinə əlavə elmi rəhbərin təyin edilməsi, Babayeva Nazlı Surxay qızının “Armud genotiplərinin dəmgil (Venturia purina Aderh.) xəstəliyinə davamlılıq genlərinin skrininqi və seleksiyada istifadəsi” adlı mövzusunda dissertasiya işinə əlavə elmi rəhbərin təyin edilməsi, elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyası, Ləman Hüseyn qızı Namazovanın “Genetika” ixtisası üzrə təqdim etdiyi “Buğda-egilops hibridlərində genetik dəyişkənliklərin molekulyar sitogenetik tədqiqi” mövzusunda dissertasiya işinin ilkin müzakirə protokolunun təsdiqi və digər məsələlər müzakirə olunaraq həyata keçirilmiş və müvafiq işləri üzrə çıxış edən məruzəçilər dinlənilmişdir.

Elmi Şurada hər bir fərdi mövzu planına tənqidi yanaşılmış, təhlil edilmiş, həmçinin elmi tədqiqatların genişləndiriliməsi və səmərəli aparılması ilə bağlı tövsiyələr verilmiş və eyni zamanda elmi etik qaydalara ciddi əməl olunması, hər hansı bir plaqiatlığa yol verilməməsi elmi tədqiqatçıların, doktorantların, dissertantların, magistrantların nəzərinə çatdırılmışdır. İclas, icraçıların, elmi şura üzvlərinin sual-cavablandırmada aktiv iştirakı və tövsiyələri ilə davam etdirilmişdir. Gündəlikdə duran digər məsələlər də iclasda müzakirə olunmuşdur.