НОВОСТИ
15:41, 06.02.2025
Genetik Ehtiyatlar İnstitutunun daha bir doktorantı fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 13.12.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun dissertantı Şəki Elmi Tədqiqat Bazasının müdiri Məmmədov Coşqun İsrafil oğluna 2432.01– “Bioloji ehtiyatlar” ixtisası ilə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Məmmədov Coşqun “Şəki-Zaqatala bölgəsində armud bitkisinin xalq seleksiyası nümunələrinin və onların yabanı əcdadlarının toplanması tədqiqi və istifadəsi” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir.