НОВОСТИ
11:40, 06.02.2025
Genetik Ehtiyatlar İnstitutunun daha bir əməkdaşı dosent adı almışdır.
Azərbaycan Respublikası Prezidenti yanında Ali attestasiya komissiyasının 02.01.2025 -ci il tarixli qərarı ilə AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Dənli-taxıl və paxlalı bitkilər şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Həsənova Səidə Qasım qızına 2409.01-Genetika ixtisası üzrə dosent elmi adı verilmişdir.
Səidə Həsənova 2016-cı ildə “Noxud bitkisində (Cicer arietinum L.) növdaxili polimorfizmin öyrənilməsi” mövzusunda dissertasiya işini uğurla müdafiə etmiş və biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
O, Yerli və xarici impakt faktorlu jurnallarda dərc olunmuş 40-a yaxın elmi əsərin müəllifidir. 2024-cü ildə “Noxud bitkisində (Cicer arietinum L) növdaxili polimorfizmin və stresə davamlılığın genetik xüsusiyyətləri” adlı monoqrafiyası nəşr olunmuşdur.