НОВОСТИ
15:48, 05.02.2025
Dünya məktəbinin şagirdləri Genetik Ehtiyatlar İnstitutunda ekskursiyada olmuşlar
Xəzər Universiteti nəzdində fəaliyyət göstərən Dünya Məktəbinin 8-ci sinif şagirdləri 31 yanvar - 4 fevral tarixlərində Genetik Ehtiyatlar İnstitutunda (GEİ) ekskursiyada olmuşlar.
Şagirdlər GEİ-nin Biokimyəvi genetika və texnologiya, Molekulyar sitogenetika, Molekulyar genetika və genomika, Texniki və yem bitkiləri şöbələrində elmi tədqiqatların aparılması və nəticələrin istehsalatda tətbiqi haqqında bir sıra biliklərə yiyələnmiş, müvafiq cihaz və avadanlıqlarla tanış olmuşlar. Onlara Milli Genbankda bitkilərin toplanılması və saxlanma şəraiti, bitki genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə ətraflı məlumat verilmişdir. Şagirdlər, həmçinin institutun təcrübə sahəsi ilə də tanış olmuş, orada becərilən çoxillik bitkilər barəsində məlumatlar əldə etmişlər.