НОВОСТИ
15:35, 31.01.2025
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda Hacıyeva Nilufər Məhəmməd qızının təqdim etdiyi dissertasiya işinin FD 1.37 Dissertasiya Şurasının iclasında müzakirəsi keçirilmişdir.
İddiaçı biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “Bakı şəhərində yenidoğulmuşlarda qalaktozemiya irsi mübadilə xəstəliyinin diaqnostikası, genetik heterogenliyi və təsadüf etmə tezliyinin öyrənilməsi" mövzusu ilə çıxış etmişdir.
Seminar üzvlərinin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır. Tədqiqat işi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmiş və növbəti mərhələdə müzakirə olunması məqsədəuyğun hesab olunmuşdur.