НОВОСТИ
16:02, 23.12.2024
AR ETN Genetik Ehtiyatlar İnstitutunun elmi əməkdaşları Mərakeşdə təlimdə iştirak etmişdir.

AR ETN Genetik Ehtiyatlar İnstitutunun elmi əməkdaşları – Bayramlı Orxan və Rəhim Rəhimov 25 noyabr - 6 dekabr 2024-cü il tarixlərində Mərakeşin Rabat şəhərində Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz (ICARDA) tərəfindən təşkil olunmuş “Bitki Genetik Ehtiyatlarının Qorunması və İstifadəsi üzrə Ən Yaxşı Təcrübələr” mövzusunda təlimdə iştirak etmişdir. Təlim müddəti ərzində institutun əməkdaşları uyğun sahələrin mütəxəssisləri tərəfindən müxtəlif əsas genbank əməliyatları üzrə nəzəri biliklərə yiyələnmiş, tədqiqat laboratoriyaları (genetika, biotexnologiya, bitki fiziologiyası, toxum keyfiyyəti və s.) ilə tanış olmuş və praktiki təcrübələri yerinə yetirmişlər. Sonda təlim kursunun rəhbərliyi tərəfindən əməkdaşlarımıza rəsmi sertifikat təqdim olunmuşdur.