НОВОСТИ
09:56, 10.06.2024
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin elmi seminarda müzakirəsi keçirilmişdir

Azərbaycan Respublikası Elm və Təsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Tərəvəz və Bostan bitkiləri şöbəsinin elmi işçisi Gülarə Hüseynzadə Əzizağa qızının təqdim etdiyi dissertasiya işinin (FD1.37) Dissertasiya Şurasının elmi seminarında müzakirəsi keçirilmişdir. İddiaçı biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “Azərbaycanin yerli və introduksiya olunmuş pomidor sortlarında genetik müxtəlifliyin və kombinativ dəyişkənliyin tədqiqi” mövzusunda dissertasiya işini seminar iştirakçılarının nəzərinə çatdırmışdır. İşin əsas prinsiplərinə müxtəlif ekoloji şəraitlərdən toplanılmış pomidor genotiplərinin Abşeron şəraitində becərilərək fenotipik və genotipik variyasiya ölçülərinin qiymətləndirilməsi, adaptiv və qeyri-adaptiv nümunələrdə heterogenliyin identifikasiyası aid olmuşdur. Belə ki, seçilmiş nümunələrin kombinativ dəyişkənliyi əsasında kombinasiya qabiliyyəti hesablanmış, nəticələrin qiymətlərinə görə başlanğıc valideyn formalar və heterozis effektinə malik hibridlər aşkarlanmış, genetik müxtəliflik əsasında isə molekulyar markerlərlə onların genetik müxtəliflik indeksi və polimorfizm dərəcəsi müəyyənləşdirilmişdir. Seminar üzvlərinin rəyləri dinləndikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır. Tədqiqat işi AR Prezidenti yanında Ali Attestasiya Kommisiyasının (AAK) tələblərinə cavab verdiyindən, elmi seminarın üzvləri tərəfindən müsbət qiymətləndirilmiş və növbəti mərhələdə müzakirə olunması məqsədəuyğun hesab olunmşdur.