НОВОСТИ
15:54, 05.06.2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu ilə Belarus Milli Elmlər Akademiyasının Genetika və Sitologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov və Belarus Milli Elmlər Akademiyasının Genetika və Sitologiya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Lyudmila Makarina-Kibak, Belarusiya "Peşəkar Nəşrlər" özəl unitar nəşriyyat müəssisəsinin direktoru Lyudmila Evtuşenko arasında görüş keçirilmişdir.
Qonaqlar iki tərəf üçün qarşılıqlı maraq doğuran elmi-tədqiqat işləri və nəşrlər barəsində birgə əməkdaşlıq edilməsinin vacib olduğunu vurğulamışlar. Nəşriyyat direktoru Lyudmila Evtuşenko onlarda dərc olunan jurnalların beynəlxalq indeksləmə bazalarına daxil olmasını geyd etməklə, bu sahədə müvafiq əməkdaşlıq barədə fikirlərini bildirmişdir. Görüşün sonunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu ilə Belarus Milli Elmlər Akademiyasının Genetika və Sitologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalandı.
Sonda qonaqlar Genetik Ehtiyatlar İnstitutunda aparılan elmi-tədqiqat işləri və bir sıra laboratoriyalar ilə yaxından tanış olublar.