Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) böyük akt zalında 2024-cü il 29 mart tarixində 1918-ci il Mart soyqırımı günü ilə bağlı anım tədbiri keçirilib. İlk öncə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Daha sonra Mart soyqırımını və 1918-ci ildən sonrakı ötən ayrı-ayrı müddətlərdə xalqımızın erməni vəhşiliyinə düçar olduğunu, erməni terrorunu əks etdirən, habelə Ulu Öndər Heydər Əliyev tərəfindən faciənin ümumxalq hüzn, soyqırım günü olaraq qiymətləndirilməsi, 44 günlük 2-ci Qarabağ müharibəsinin Böyük zəfərlə başa çatmasını, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində Qarabağda erməni terrorçularının məhv edilməsini özündə ehtiva edən videorolik nümayiş etdirilib. GEİ-nin və BHİK-in rəhbərliyinin də iştirak etdiyi anım tədbiri düşmənə nifrət və qəzəb hissinin daha da güclənməsi ilə yanaşı, xalqımızın, Azərbaycan türklərinin faciələrinin, soyqırımlarının unudulmaması qənaəti ilə başa çatıb. 31 Mart soyqırımı şəhidlərinə və bütün şəhidlərimizə Allah rəhmət eləsin!
12:04, 29.03.2024
GEİ-də 31 Mart soyqırımı günü ilə bağlı anım tədbiri keçirilib