НОВОСТИ
18:46, 29.02.2024
Genetik ehtiyatlar institutunun elmi tədqiqat bazası Aqrar Biznes Festivalında iştirak edib.

AR ETN-nin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Qarabağ Elmi- Tədqiqat Bazasının (QETB) əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Yevlax şəhərində 2024-cü il 29 fevral tarixində keçirilən ölkə toxumçularının və tingçilərinin qatıldığı “Aqrar Biznes Festivalı”ında iştirak edib. Aparılmış uzun müddətli elmi tədqiqatlar nəticəsində GEİ-də yaradılmış yumşaq buğda (”Start”, “Cənub”, “Xəmsə”, “Viləş”, ”Almaz”, “Yaşma”, “Şuşa”) və bərk (“Maya”, ”Alyans”) buğda sortları ilə yanaşı, həm də müxtəlif meyvə bitkiləri sortlarının tingləri festivalda nümayiş etdirilib. QETB-nin müdiri Məhəmməd Şirinov yumşaq və bərk buğda sortları, eləcə də müxtəlif meyvə bitkilərinin sortları haqqında festival iştirakçılarına geniş məlumat verib və müvafiq fermerləri birgə əməkdaşlığa dəvət edib.