NEWS
16:42, 04.03.2022
AMEA Genetik Ehtiyatlar İnstitutunda Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələrinə elmi- praktik məşğələ keçirildi.

AMEA Genetik Ehtiyatlar İnstitutunda  2022-ci il 01  və 03 mart  tarixlərində Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələrinə karantin qaydalarına əməl olunmaqla elmi praktik  məşğələlər keçirildi.

İctimaiyyətlə əlaqələrin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edən  məşğələnin məqsədi GEİ-nin ölkənin tədris müəssisələri ilə əlaqələrini genişləndirmək və inkişaf etdirmək, elm və təhsilin istehsalata inteqrasiyasının ,  ali məktəblərin bioloji ixtisaslar üzrə bakalavriatlara, magistrantlarına  və orta məktəb şagirdlərinə genetika, biotexnologiya, seleksiya və toxumçuluq elmi sahələrində yeniliklərin və institutun nailiyyətlərinin təbliğini həyata keçirməkdir.

“Bitkilərin abiotik stress amillərinə davamlılığının diaqnostikası” mövzusunda İnstitutda 1 və 3 martda GEİ-nin b.e.i., b.ü.f.d., dosent Təravət Hüseynova  BDU-nun  4-cü kurs bakalavriatlarına laboratoriyada elmi praktik  məşğələlər keçmişdir. Tələbələr, ilk olaraq  laborator cihaz və avadanlıqlarla, kimyəvi reaktivlərlə və onların işləmə mexanizmi ilə ətraflı tanış edilmiş, onların tətbiqi, bitkilərin abiotik stress amillərinə davamlılığının diaqnostikası ilə bağlı elmi nəzəri məlumatlandırılmışlar.Tələbələrin çoxsayda suallarını cavablandıran  dosent Təravət Hüseynova, həm də institutun fəaliyyəti, nailiyyətləri, ölkə və beynəlxalq miqyasda tanınmış alimləri, kəşfləri və onların Azərbaycan elminə verdikləri töhfələri haqqında da müfəssəl məlumat vermişdir. Məşğələlər davam etdirilir.