AMEA Genetik Ehtiyatlar İnstitutunda 2022-ci il 01 və 03 mart tarixlərində Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələrinə karantin qaydalarına əməl olunmaqla elmi praktik məşğələlər keçirildi.
İctimaiyyətlə əlaqələrin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edən məşğələnin məqsədi GEİ-nin ölkənin tədris müəssisələri ilə əlaqələrini genişləndirmək və inkişaf etdirmək, elm və təhsilin istehsalata inteqrasiyasının , ali məktəblərin bioloji ixtisaslar üzrə bakalavriatlara, magistrantlarına və orta məktəb şagirdlərinə genetika, biotexnologiya, seleksiya və toxumçuluq elmi sahələrində yeniliklərin və institutun nailiyyətlərinin təbliğini həyata keçirməkdir.
“Bitkilərin abiotik stress amillərinə davamlılığının diaqnostikası” mövzusunda İnstitutda 1 və 3 martda GEİ-nin b.e.i., b.ü.f.d., dosent Təravət Hüseynova BDU-nun 4-cü kurs bakalavriatlarına laboratoriyada elmi praktik məşğələlər keçmişdir. Tələbələr, ilk olaraq laborator cihaz və avadanlıqlarla, kimyəvi reaktivlərlə və onların işləmə mexanizmi ilə ətraflı tanış edilmiş, onların tətbiqi, bitkilərin abiotik stress amillərinə davamlılığının diaqnostikası ilə bağlı elmi nəzəri məlumatlandırılmışlar.Tələbələrin çoxsayda suallarını cavablandıran dosent Təravət Hüseynova, həm də institutun fəaliyyəti, nailiyyətləri, ölkə və beynəlxalq miqyasda tanınmış alimləri, kəşfləri və onların Azərbaycan elminə verdikləri töhfələri haqqında da müfəssəl məlumat vermişdir. Məşğələlər davam etdirilir.