NEWS
13:39, 08.12.2023
Genetik Ehtiyatlar İnstitutu Elm və Texnologiya üzrə Avropa Əməkdaşlıq (COST) proqramının 6 yeni layihəsinə qoşulmuşdur.
AR Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu biologiya və aqrar elm sahələrinin müasir istiqamətləri üzrə beynəlxalq əməkdaşlığını genişləndirir. İnstitutun əməkdaşları uzun illərdir ki, beynəlxalq layihələr çərçivəsində dünyanın, xüsusilə Avropanın qabaqcıl elm və təhsil müəsissələri ilə elmi əməkdaşlıq edirlər. 2023-cü ildə İnstitutun alimləri Elm və Texnologiya üzrə Avropa Əməkdaşlıq (COST) proqramının 6 yeni layihəsinə (BeSafeBeeHoney; CropBiomes; RECROP; DIVERSICROP; SUSTAIN; PANGEOS) qoşulmuş və bu layihələr çərçivəsində 2024-2028-ci illərdə Avropanın 30-dan artıq elm-təhsil mərkəzləri ilə geniş əməkdaşlıq ediləcəkdir. Qeyd edilən layihələr çərçivəsində İnstitutun gənc alim və mütəxəssisləri beynəlxalq elmi seminarlarda iştirak edəcək, eyni zamanda qısa (5-12 gün), orta (30-90 gün) və uzun müddətə (3-12 ay) dünyanın tanınmış elmi mərkəzlərinə ezam olunacaqlar.