NEWS
12:34, 06.12.2023
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Meyvə bitkiləri şöbəsinin elmi işçisi Kərimova Xəyalə İkram qızının təqdim etdiyi dissertasiya işinin FD 1.37 Dissertasiya Şurasının iclasında müdafiəsi keçirilmişdir.
İddiaçı biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “Azərbaycanda becərilən gilas bitkisinin sort və formalarının genetik müxtəlifliyinin tədqiqi” mövzusu üzrə dissertasiya işinin qısa məzmununu təqdim etmişdir.
Seminar üzvlərinin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır.
Gizli səsvermənin nəticələrinə əsasən, Xəyalə Kərimovanın biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir.