NEWS
14:48, 30.11.2023
Genetik Ehtiyatlar İnstitutunda 2023-cü il üzrə hesabatlar başa çatmışdır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun (GEİ) 2023-cü ilə dair elmi fəaliyyəti ilə bağlı hesabatların müzakirəsi başa çatmışdır. Hesabatlar şöbə müdirlərinin təqdimatında Elmi şuranın iclasında dinlənilmişdir.
İclası giriş sözləri ilə açan Elmi Şuranın sədri, GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov gündəlikdə olan məsələlər haqqında Şura üzvlərinə və iştirakçılara məlumat vermişdir. Gündəliyə uyğun olaraq institutun şöbə, laboratoriya və elmi-tədqiqat bazalarının rəhbərləri cari il ərzində gördüyü işlər, aparılan tədqiqatların nəticələri ilə yanaşı qarşıda duran vəzifələri tədbir iştirakçılarının nəzərinə çatdırmışlar. Hesabatlara dair müzakirələr aparılmış, verilmiş suallar cavablandırılmış və gələcək elmi tədqiqatların daha yüksək səviyyədə yerinə yetirilməsi üçün tövsiyələr verilmişdir.
Sonda hesabatlar yekdilliklə qəbul edilmişdir. Bununla da institutun 2023-cü il üzrə aidiyyatı struktur bölmələrinin hesabatlarının müzakirəsi başa çatmışdır.