NEWS
10:56, 15.11.2023
Genetik Ehtiyatlar İnstitutunda şöbə və laboratoriyaların illik hesabatlarının müzakirəsi keçirilir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) şöbə, laboratoriya və elmi-tədqiqat bazalarının cari il üzrə elmi fəaliyyəti ilə bağlı hesabatlarının müzakirəsinə başlanılmışdır.
İclası giriş sözləri ilə açan Elmi Şuranın sədri, GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov gündəlikdə olan məsələlər haqqında Şura üzvlərinə və iştirakçılara məlumat vermişdir. Gündəliyə uyğun olaraq institutun Meyvə bitkiləri, Texniki və yem bitkiləri, Tərəvəz və bostan bitkiləri şöbələrinin illik hesabatları şöbə müdirlərinin, b.ü.f.d., dosent Aynurə Hacıyeva, b.ü.f.d., dosent Ruhəngiz Məmmədova və b.ü.f.d., dosent Sabir Həsənovun təqdimatında dinlənilmişdir.
Hesabatlara dair müzakirələr edilmiş, verilmiş suallar cavablandırılmış və gələcək elmi tədqiqatların daha yüksək səviyyədə aparılması üçün tövsiyələr verilmişdir.
Sonda hesabatlar yekdilliklə qəbul edilmişdir.