NEWS
16:04, 14.11.2023
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Tərəvəz və bostan bitkiləri şöbəsinin elmi işçisi Hüseynzadə Gülarə Əzizağa qızının təqdim etdiyi dissertasiya işinin FD 1.37 Dissertasiya Şurasının birləşmiş elmi seminarında müzakirəsi keçirilmişdir.
İddiaçı biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “Azərbaycanın yerli və introduksiya olunmuş pomidor sortlarında genetik müxtəlifliyin və kombinativ dəyişkənliyin tədqiqi” mövzusu ilə çıxış etmişdir.
Seminar üzvlərinin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır.
Tədqiqat işi AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə cavab verdiyindən, elmi seminarın üzvləri tərəfindən müsbət qiymətləndirilmiş və növbəti mərhələdə müzakirə olunması məqsədəuyğun hesab olunmuşdur.