NEWS
18:57, 07.11.2023
Genetik Ehtiyatlar İnstitutunda “Zəfər günü”nə həsr olunmuş tədbir keçirilmişdir

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 2023-ci il 07 noyabr tarixində “ 8 noyabr -Böyük Zəfər Günü” ilə bağlı tədbir keçirilib. İlk öncə Respublikanın ərazi bütövlüyünün təmin olunması, 30 ildən çox müddətdə ölkə ərazisinin erməni işğalından azad edilməsi yolunda dünyasını dəyişmiş şəhidlərin ruhları sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan GEİ-nin icraçı direktoru, biologiya elmləri doktoru Mehrac Abbasov, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 2-ci Qarabağ müharibəsində qazanılan Zəfərin üçüncü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Azərbaycanın Müzəffər Ordusunun düzgün ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində  Ermənistanın işğalçı  ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsində məhv edilməsi, əldə edilən uğurlar haqqında qısa məlumat verildikdən sonra söz tədbirin fəxri qonaqları , 1 və 2-ci Qarabağ müharibələrinin iştirakçısı, Qarabağ qazisi, hərbi ehtiyatda olan mayor, əslən laçınlı Hacı Muxtar Həşimova və “Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi”, “Heydər Əliyev Yolu-Əbədi Yol qəzeti”nin fəxri üzvü vətənpərvər şairə Nazlı Yazara verilib. Hacı Muxtar Həşimov hər iki müharibədəki hərbi xidmətləri, döyüşləri haqqında təəssüratlarını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Şairə Nazlı Yazar isə vətənpərvərlik hissini yüksəldən Qarabağa həsr elədiyi şerlərini ifa edib, aiditoriyanın iştirakçılarının sürəkli alqışlarına səbəb olub. GEİ-nin kollektivi adından Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri qonaqlara xüsusi nəfsli hədiyyə və gül çələngi təqdim olunub. Ulu Öndər Heydər Əliyevin keçmişdə uzaqgörənliklə dediyi hikmətli ifadələrini, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan xalqına müraciətini, 44 günlük müharibədə Müzəffər ordunun şücaətini, 19 sentyabr antiterror əməliyyatını və nəticələrini özündə ehtiva edən xüsusi video-rolik nümayiş etdirilib. Böyük Zəfər sevincini bizlərə nəsib edən Allaha çox-çox şükürlər olsun! Allah şəhidlərimizə rəhmət eləsin!