NEWS
20:45, 22.09.2023
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Beynəlxalq Konfransda iştirak etmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Rüşeym plazması laboratoriyasının müdiri, b.ü.f.d., dosent Məmmədova Sevinc Əmir qızı Özbəkistan Respublikasının Daşkənd şəhərində ezamiyyətdə olmuşdur.
​O, 4 günlük ezamiyyət çərçivəsində Bitki Genetik Ehtiyatları Elmi-Tədqiqat İnstitutunda keçirilən “Davam edən iqlim dəyişikliyi şəraitində ərzaq təhlükəsizliyinə nail olmaq və təbii ehtiyatları qorumaq üçün aqrobiomüxtəlifliyin öyrənilməsi, qorunması və davamlı istifadəsi problemləri” adlı Beynəlxalq Elmi-praktik Konfransda iştirak etmişdir.
​S.Məmmədova Beynəlxalq Konfransda “Azərbaycan Milli Genbankında aqrofitomüxtəlifliyin öyrənilməsi və mühafizəsi” mövzusunda təqdimatla çıxış etmişdir.