NEWS
20:43, 31.10.2023
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasında Tropik meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin müdiri Elnarə Əhmədovanın təqdim etdiyi dissertasiya işinin FD 1.37 Dissertasiya Şurasının iclasında müdafiəsi keçirilmişdir.
İddiaçı biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “Alma genotiplərinin dəmgil xəstəliyinə davamlılıq genlərinin skrininqi və seleksiyada tətbiqi” mövzusu ilə çıxış etmişdir.
Seminar üzvlərinin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır.
Gizli səsvermənin nəticələrinə əsasən, Elnarə Əhmədovanın biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir.