Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 04.10.2023-cü il tarixli qərarı ilə AR Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Meyvə bitkiləri şöbəsinin müdiri, b.ü.f.d. Hacıyeva Aynurə Firdovsi qızına “2409.01 - Genetika” ixtisası üzrə dosent elmi adı verilmişdir. Aynurə Hacıyeva 2012-ci ildə biologiya elmləri doktoru, prof. Ramiz Əliyevin elmi rəhbərliyi ilə “Çiyələk genotiplərinin əlverişsiz mühit şəraitinə davamlılığının bəzi fizioloji və genetik xüsusiyyətləri” mövzusunda dissertasiya işini uğurla müdafiə etmiş və biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Elmi fəaliyyəti müddətində A.F.Hacıyeva Azərbaycanda və xaricdə dərc edilmiş 1 kitab, 1 monoqrafiya və 47 elmi əsərin müəllifidir, 2 məqalə isə impakt faktorlu jurnalda dərc olunmuşdur.
Dosent Aynurə Hacıyeva hazırda GEİ-də elmlər doktoru hazırlığı üzrə doktoranturada təhsilini davam etdirir.