NEWS
14:44, 26.10.2023
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Tacikistanda ezamiyyətdə olmuşlar.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Texniki və yem bitkiləri şöbəsinin müdiri, b.ü.f.d., dosent Ruhəngiz Məmmədova və şöbənin elmi işçisi Şadər Əlizadə Tacikistanın Düşənbə şəhərində ezamiyyətdə olmuşlar.

Onlar Beynəlxalq Bioşoran Kənd Təsərrüfatı Mərkəzi (İCBA) tərəfindən təşkil olunmuş “Mərkəzi Asiyada ərzaq təhlükəsizliyinə nail olmaq üçün iqlim dəyişikliyinin və torpaq deqradasiyasının azaldılması üzrə Regional Təlim seminarı”nda iştirak etmişlər. Təlimdə torpaqların şoranlaşması və onun ərzaq təhlükəsizliyinə təsirləri arasında kritik əlaqə, təbii resurslardan səmərəli şəkildə istifadə olunması müzakirə edilmişdir. İnteraktiv müzakirələr aparmaqla təlimçilər regionun kənd təsərrüfatı sistemlərinin dayanıqlığının artırılması, torpağın strukturunun pozulması və münbitliyin azalmasının mənfi təsirlərinin effektiv şəkildə aradan qaldırılması üzrə müasir strategiyalar ilə tanış olmuşlar.