NEWS
11:20, 19.10.2023
Dissertasiya işinin müzakirəsi keçirilmişdir.

Azərbaycan Respublikası (AR) Elm və Təhsil Nazirliyi (ETN) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Molekulyar genetika və genomika şöbəsinin İnsan genetikası laboratoriyasının elmi işçisi Kərimova Nigar İldırım qızının institutun nəzdində fəaliyyət göstərən FD 1.37 Dissertasiya Şurasının elmi seminarında müzakirəsi keçirilmişdir. İddiaçı biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “Azərbaycanda xroniki mieloid leykozlu (XML) xəstələrin genetik variasiyalarının molekulyar identifikasiyası" mövzusu ilə çıxış etmişdir. Seminar üzvlərinin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır. Tədqiqat işi AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə cavab verdiyindən, elmi seminarın üzvləri tərəfindən müsbət qiymətləndirilmiş və növbəti mərhələdə müzakirə olunması məqsədəuyğun hesab olunmuşdur.