NEWS
12:36, 02.10.2023
Dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Azərbaycan Respublikası (AR) Elm və Təhsil Nazirliyi (ETN) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Şəki Elmi-Tədqiqat Bazasının müdiri Məmmədov Coşqun İsrafil oğlunun AR ETN Botanika İnstitutunun ED 1.26 Dissertasiya Şurasının elmi seminarında müzakirəsi keçirilmişdir.
İddiaçı biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “Şəki-Zaqatala bölgəsində armud bitkisinin xalq seleksiyası nümunələrinin və onların yabani əcdadlarının toplanması, tədqiqi və istifadəsi” mövzusu ilə çıxış etmişdir.
Seminar üzvlərinin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır.
Tədqiqat işi AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə cavab verdiyindən, elmi seminarın üzvləri tərəfindən müsbət qiymətləndirilmiş və növbəti mərhələdə müzakirə olunması məqsədəuyğun hesab olunmuşdur.