NEWS
19:24, 29.09.2023
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin müzakirəsi keçirilmişdir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Meyvə bitkiləri şöbəsinin elmi işçisi Kərimova Xəyalə İkram qızının təqdim etdiyi dissertasiya işinin FD 1.37 Dissertasiya Şurasının elmi seminarında müzakirəsi keçirilmişdir. İddiaçı biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə “Azərbaycanda becərilən gilas bitkisinin sort və formalarının genetik müxtəlifliyinin tədqiqi” mövzusu ilə çıxış etmişdir. O, bildirmişdir ki, tədqiqatın əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yayılmış yerli və introduksiya edilmiş gilas bitkisinin sort və yabanı formalarının areallarının müəyyən edilməsi, müasir vəziyyətinin təhlili, onların biomorfoloji xüsusiyyətlərinin, molekulyar markerlər asasında identifikasiyasının, genetik qohumluq dərəcələrinin təyini və bütün bunların əsasında ərzaq və seleksiya proqramları üçün tövsiyələrin verilməsidir. Seminar üzvlərinin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır. Tədqiqat işi AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə cavab verdiyindən, elmi seminarın üzvləri tərəfindən müsbət qiymətləndirilmiş və növbəti mərhələdə müzakirə olunması məqsədəuyğun hesab olunmuşdur.