NEWS
16:13, 18.08.2023
Ekobotanika və sistematika şöbəsinin əməkdaşları Bərdə, Ağcabədi və Beyləqan rayonlarına elmi ekspedisiya təşkil etmişdirlər.
Mövzu planına uyğun olaraq, Ekobotanika və sistematika şöbəsinin əməkdaşları K.Əsədova, V. Güvəndiyev, G. Allahverdiyeva, X. Əzizxanlı və G. Quliyeva 15.05-19.05.2023 və 21.06.-25.06.2023-cü il tarixlərində Bərdə, Ağcabədi və Beyləqan rayonlarına elmi ekspedisiya təşkil etmişdirlər.
Məqsəd tədqiqat ərazilərində yayılan mədəni bitkilərin yabanı əcdadlarına dair yem, meyvə-giləmeyvə və yabanı tərəvəz növlərinin areallarını müəyyən etmək, toxum və herbari materiallarını toplamaq, monitorinq məlumatlarını əldə etməkdən ibarət olmuşdur. Ekspedisiya zamanı mədəni bitkilərin yabanı əcdadlarına aid 16 fəsilə, 36 cins (Vələmir, lərgə, gülülcə, qarayonca, üçyarpaq yonca, buğdayıot, arpa, xəşənbül, biyan, qurdotu, əməköməci, əvəlik, qırxbuğum, tərə, ispanaq, cincilim, quşəppəyi, yabanı yerkökü, bədrənc, bağayarpağı, tut, böyürtkan, qoz, nar, alça, xurma, yemlik, su bibəri, boymadərən, iydə, üzərlik və s.), 56 növə aid 200 nüsxədən çox herbari, 7 fəsilə, 16 cins, 28 növə aid 51 toxum nümunəsi toplanılmışdır. Tədqiqat ərazilərinə dair Beynəlxalq standartlara uyğun deskriptor məlumatları və GPS cihazı ilə coğrafi koordinantlar qeydə alınmışdır. Toplanılan herbari materialları işlənilərək Herbari fonduna, toxum nümunələri isə Genbanka təhvil verilmişdir.