NEWS
10:44, 05.07.2023
Genetik Ehtiyatlar İnstitutu ilə Özbəkistanın Elmi tədqiqat İnstitutu arasında əlaqələr genişləndirilir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu (GEİ) və Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatında Bilik və İnnovasiyalar Milli Mərkəzinin Bitki Genetik Ehtiyatları İnstitutu (BGEİ) arasında birgə əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Beş il müddətinə imzalanmış müqavilənin tələblərinə əsasən tərəflərin bitki genetik ehtiyatlarının toplanması, öyrənilməsi və istifadəsi sahəsində elmi-texniki əməkdaşlığın həyata keçirilməsi, Dövlət reyestrinə daxil edilmiş sortların və digər bitki materiallarının müvafiq məlumatlarının qarşılıqlı mübadiləsi, birgə layihə, təlim, təcrübə, elmi konfrans və proqramların həyata keçirilməsi, habelə elmi məqalələrin nəşri və s. nəzərdə tutulmuşdur.
Müqavilə GEİ-nin direktoru, professor, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və BGEİ-nin direktoru Səfər M.Əlikulov tərəfindən imzalanmışdır.