NEWS
18:05, 01.06.2023
Genetik ehtiyatlar institutu magistrantlarının dissertasiya işlərinin ilkin müzakirəsi uğurla başa çatıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) “ İnsan genetikası ”, “Genetika” və “Bitkilərin seleksiyası” ixtisaslar üzrə təhsil alan II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi GEİ-nin icraçı direktoru, biologiya elmləri doktoru, dos. Mehrac Abbasovun sədrliyi ilə 31.05.2023-cü il tarixdə keçirilib. Elmi tədqiqatın metodologiyasına uyğun olaraq aktual mövzularda həyata keçirilmiş dissertasiya işlərinin müzakirəsi ciddi sorğu-sual şəraitində davam edib. Elmi şuranın üzvlərinin və digər alimlərin magistrantların dissertasiya işləri ilə bağlı çoxsaylı sualları iddiaçılar tərəfindən əhatəli olaraq cavablandırılıb. Dissertasiya işlərinin müdafiəsi üçün növbəti əsas mərhələyə buraxılmaları yekdilliklə təklif olunub.