NEWS
19:41, 12.05.2023
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbirlər davam etdirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun(GEİ) təşkilatçılığı ilə GEİ-nin Şəki Elmi-Tədqiqat Bazasında (ŞETB) 2023-ci il 12 may tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr olunan “Ərzaq təhlükəsizliyinin təmin olunmasında buğda sortlarının və meyvə bitkilərinin xalq seleksiyası sortlarının rolu” mövzusunda tarla seminarı keçirilib. Seminar bitkiçilik sahəsində alimlərin və rayonun müvafiq mütəxəssislərinin iştirakı ilə geniş diskussiyası şəraitində həyata keçib. Bununla belə, seminarda ŞETB-nin müdiri Coşqun Məmmədovun “Şəki-Zaqatala iqtisadi rayonunda bitki genetik ehtiyatları, onların toplanması və istifadə olunma imkanları” mövzusunda təqdimatı da tədbir iştirakçılarının böyük marağına səbəb olub. Tədbirdə GEİ-nin baş meneceri, b.ü.f.d. Rafail Mahmudov və Dənli, taxıl və paxlalı bitkilər şöbəsinin müdiri, b.ü.f.d. Xanbala Rüstəmov iştirak ediblər.