NEWS
10:32, 04.04.2023
ETN Genetik ehtiyatlar institutunun elmi tədqiqat bazalarında təlimlər keçirildi

AR Elm və Təhsil Nazirliyinin Bərdə və Şəki rayonlarında fəaliyyət göstərən kolleclərinin tələbələrinə Genetik Ehtiyatlar İnstitutunun Qarabağ və Şəki elmi tədqiqat bazalarında təlimlər keçirilib. Bərdə Dövlət idarəetmə və texnologiya kollecinin tələbələri Tərtər rayonunda fəaliyyət göstərən Qarabağ Elmi-Tədqiqat Bazasında və Şəki regional kollecinin tələbələri isə Şəki Elmi-Tədqiqat Bazasında aparılan elmi tədqiqat işləri ilə, yeni yaradılmış buğda sortlarının becərilməsi və toxumçuluğun təşkili, bitkilərin mineral kübrələrlə qidalanma rejimi və digər aqrotexniki tədbirlərin yerinə yetirlməsi ilə əyani olaraq tanış olublar. Tələbələr, həm də Şəki ETB-da müxtəlif meyvə genofondunun toplanmış nümünələri, onların becərilmə texnologiyası, habelə Milli Genbankda qeydiyyata alınma proseduru, yeni ərzaqlıq buğda sortlarının nümayiş əkinləri ilə də tanış ediliblər. Tələbələrin çoxsaylı sualları ixtisaslı mütəxəssislər tərəfindən əhatəli, nəzəri cəhətdən , həm də əyani olaraq cavablandırılıb.