Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) böyük akt zalında 2023-cü il 31 mart tarixində anım tədbiri keçirilib. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anıldıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mart soyqırımı və 1918-ci ildən sonra ötən ayrı-ayrı vaxtlarda xalqımıza qarşı planlı və davamlı olaraq törədilmiş erməni vəhşiliyini və terrorunu əks etdirən, habelə Ulu Öndər Heydər Əliyevin dövlətçiliyin gücəndirilməsi baxımından müvafiq xidmətini və uzaqgörənliklə apardığı mübarizəni, düşmənlərimizə, erməni faşizminə qarşı ideyalarının həyata keçirilməsini və vəsiyyətlərinin isə Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev cənabları tətəfindən yerinə yetirildiyini, 44 günlük 2-ci Qarabağ müharibəsinin Böyük Zəfərlə başa çatmasını özündə ehtiva edən 11-dəqiqəlik videorolik nümayiş etdirilib. GEİ-nin və HİK-in rəhbərliyinin də iştirak etdiyi anım tədbiri düşmənə nifrət və qəzəb hissi ilə yanaşı, həm də Müzəffər Ordumuza güclü rəğbət, məhəbbət hissi və xalqımızın, Azərbaycan türklərinin faciələrinin, soyqırımlarının unudulmaması qənaəti ilə başa çatıb. Mart soyqırımı şəhidlərinə və bütün şəhidlərimizə Allah rəhmət eləsin!
17:31, 31.03.2023
GEİ-də Mart soyqırımı günü ilə bağlı tədbir keçirildi